Çindən ABŞ-ın müdafiə büdcəsinə etiraz

Çindən ABŞ-ın müdafiə büdcəsinə etiraz
  14 Avqust 2018    Oxunub:1299
Rəsmi Pekin ABŞ-ın Çinə münasibətdə neqativ məzmun ehtiva edən 2019 il üzrə müdafiə büdcəsini qəbul etməsilə əlaqədar özünün kəskin narazılığını bildirir.
AzVision.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan belə deyib.

“Çin tərəfi bu məsələ üzrə dəfələrlə öz mövqeyini ifadə edib və Amerika tərəfinə müraciət göndərib. Çinin etirazlarına məhəl qoymadan, ABŞ-ın Çinə münasibətdə neqativ məzmunun əks olunduğu 2019-cu maliyyə ili üzrə müdafiə qanununu qəbul etməsi və imzalaması ilə əlaqədar qəti narazılığımızı bildiririk.

Biz Amerikanı Çinə və Çin-ABŞ münasibətlərinə obyektiv yanaşmağa, vahid Çin prinsipinə və Çinlə ABŞ arasındakı üç kommünikeyə ciddi əməl etməyə, Çin-ABŞ münasibətlərinə, həmçinin daha vacib sahələrdə ikitərəfli əməkdaşlığa zərər vurmamaq üçün qəbul olunan qanunun neqativ müddəalarının praktikada reallaşdırmamağa çağırırıq.” – deyə, Lu Kan bəyan edib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp ölknin 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmindəki müdafiə büdcəsini imzalayıb. Qəbul olunan büdcə qanununda İran və Şimali Koreya ilə yanaşı, Çin də ABŞ-ın əsas düşmənləri sırasında göstərilib. Xüsusən də, kibersahədə. Sənəddə həmçinin, Rusiya və Çinin hipersəsli silah hazırlanmasilə əlaqədar ABŞ-ın adi silahlarla çevik zərbələr endirməsi imkanlarının inkişafı üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Çin   Rusiya  





Xəbər lenti