Kanada Ukraynaya 770 min dollarlıq silah verir

Kanada Ukraynaya 770 min dollarlıq silah verir
  14 Avqust 2018    Oxunub:989
Kanadanın “PGW Defence Technologies” şirkətinin sahibi Ukrayna ilə 770 min ABŞ dolları dəyərində snayper tüfənglərinin verilməsinə dair müqavilə bağladıqlarını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın UATV telekanalının saytında məlumat yerləşdirilib.

“Bir çox kanadalılar Ukrayna əsillidir və mən tam əminəm ki, Kanadadakı hər bir ukraynalı öz vətənlərinin maraqlarının müdafiəsi üzrə bu cür təşəbbüsləri dəstəkləyirlər.” – deyə, şirkətin sahibi bəyan edib.

UATV telekanalının məlumatına əsasən, Kanada şirkəti Ukraynaya “LRT-3” snayper tüfəngi sistemləri verəcək. Həmçinin, imzalanan ikitərəfli müqavilədə silahların verilməsindən sonra da onlara qulluq və təlimlərlə bağlı dəstək göstəriləcəyi qeyd olunub. Silahlar Ukraynaya bu ilin payızında təhvil veriləcək.

Xatırladaq ki, bundan əvvəl Kanadanın müdafiə naziri Harcit Sacan 2019-cu ilin martınadək ölkəsinin Ukrayna Silahlı Qüvvələrinə 7 milyon dollardan çox yardım yönəldəcəyini bəyan etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti