"Taliban" 17 əfqan hərbçisini öldürdü

"Taliban" 17 əfqan hərbçisini öldürdü
  14 Avqust 2018    Oxunub:894
Əfqanıstanda “Taliban” silahlı hərəkatı döyüşçülərinin ölkənin şimal-qərbindəki Fəryab əyalətində yerləşən hərbi bazaya hücumu nəticəsində Əfqanıstan ordusunun ən azı 17 hərbçisi həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “1TV” telekanalı Fəryab əyalətinin qubernatoruna istinadən öz tvitter səhifəsində məlumat yayıb. Qeyd olunur ki, talibançıların hücumu nəticəsində həmçinin 12 əfqan hərbi qulluqçusu yaralanıb.



Xatırladaq ki, Taliban hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman Talibanın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə edir.

Silahlı qruplaşmaya çevrilən Taliban hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən Taliban hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti