Koçaryana qarşı etiraz aksiyası keçirilir

Koçaryana qarşı etiraz aksiyası keçirilir
  14 Avqust 2018    Oxunub:1244
İrəvan Apellyasiya Məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azadlığa buraxılmasına dair qərarına etiraz edən 100-ə yaxın insan aksiya keçirir. AzVision.az “TASS”a istinadən xəbər verir ki, etiraz aksiyası keçirən nümayişçilər Koçaryanın ofisinin yerləşdiyi “Erebuni” mehmanxanasının önünə yığışıblar.
“Robert Koçaryan cinayətkardır və həbsxanada qalmalı idi. Biz məhkəmənin qərarına narazılığımızı bildirmək üçün bura toplaşmışıq.” – deyə, etirazçılardan biri bəyan edib.

Xatırladaq ki, iyulun 28-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunmuşdu. Məhkəmənin qərarilə ona qarşı Cinayət Məcəlləsinin 300.1-ci maddəsilə 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Lakin ötən gün Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın şikayətini təmin edərək ona qarşı 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsi və azadlığa buraxılması barədə qərar çıxarıb. Məhkəmə öz qərarında keçmiş prezidentin toxunulmazlığını əsas tutub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti