“Turkish Airlines” ABŞ reklamından imtina etdi

“Turkish Airlines” ABŞ reklamından imtina etdi
  14 Avqust 2018    Oxunub:1400
Türkiyənin milli aviadaşıyıcısı olan “Turkish Airlines” (Türk Hava Yoları) beynəlxalq avişirkəti ABŞ sanksiyalarına cavab olaraq Amerika şirkətlərinin reklamlarından imtina və onları boykot edib.
AzVision.az bildirir ki, bu barədə “Turkish Airlines” avişirkətinin mətbuat katibi Yəhya Üstün öz tvitter səhifəsində yazıb.

Üstün səhifəsində #ABDyeReklamVerme (ABŞ-a reklam vermə) heşteqi yerləşdirərək, digər türk şirkətlərini də bu aksiyaya qoşulmağa çağırıb. ““Turkish Airlines” olaraq dövlətimiz və millətimizin yanındayıq. Məsələ ilə əlaqədar (reklam) agentliklərimizə lazımi təlimatlar verilib.” – deyə, Yəhya Üstün bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Ankaradakı çıxışı zamanı xalqı ABŞ istehsalı olan elektronika məhsullarını boykot etməyə çağırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   “TurkishAirlines”  





Xəbər lenti