Yaponiyada istidən 144 nəfər ölüb

Yaponiyada istidən 144 nəfər ölüb
  14 Avqust 2018    Oxunub:1245
Yaponiyada isti hava səbəbindən aprel ayının 30-dan bu günədək 144 nəfər həlak olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 70 mindən çoxu xəstəxanalara yerləşdirilib. Qeyd olunub ki, avqustun 14-də ölkənin cənub-qərbində, Fukuoka və Hiroşima prefekturalarında havanın temperaturu müsbət 37 dərəcə, Osaka və Naqoyedə isə 36 dərəcəyə bərabər olub.

Yaponiya paytaxtı Tokioda isə müsbət 34 dərəcə isti qeydə alınıb.

AzVision.az


Teqlər: Yaponiya   İsti  





Xəbər lenti