Avrozonanın iqtisadiyyatında artım baş verib

Avrozonanın iqtisadiyyatında artım baş verib
  14 Avqust 2018    Oxunub:1317
Avrozonaya daxil olan 19 ölkənin iqtisadiyyatında ilin ikinci rübü ərzində ötən illin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 0,4% artım baş verib. Bu artım ABŞ-ın tətbiq etdiyi ticarət məhdudiyyətlərinə rəğmən qeydə alınıb.
AzVision.az“Euronews”a istinadən xəbər verir ki, Avropa İttifaqının Statistika Xidməti (Avrostat) daha az iqtisadi artım gözləsələr də, nəticə onları yaxşı mənada təəccübləndirib. Artım nəticəsində Avrozona ölkələrinin ÜDM-ları da 2,2% çoxalıb.

Ümumi iqtisadi artımda Almaniyanın payı yenə danılmaz olub. Belə ki, bu ilin ikinci rübündə Avrozonanın başlıca iqtisadiyyatı olan Almaniyada iqtisadi göstərici yarım faiz artaraq, Fransa və İtaliyanı üstələyib.

Lakin Avrostatın məlumatına əsasən, Avrozonaya daxil olan 19 ölkədə hazırda sənaye istehsalının həcmi may ayı ilə müqayisədə 1% azalıb. Qeyd edək ki, Avrozonanın ÜDM-da sənaye istehsalı xidmət sahəsi ilə bərabər ən əsas komponentlərindən biridir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa   Avrozona   Almaniya  





Xəbər lenti