İtaliyada körpü faciəsi: Ölü sayı 35-ə çatıb - (Yenilənib)

İtaliyada körpü faciəsi: Ölü sayı 35-ə çatıb - (Yenilənib)
  15 Avqust 2018    Oxunub:1630
İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.
Bu barədə “La Repubblica” qəzeti ölkənin mülki müdafiə xidmətinə istinadla məlumat yayıb.

“Biz faciə qurbanlarının və yaralıların sayının artmasından qorxuruq. Çünki körpünün uçan hissəsinin dağıntıları arasında axtarışlar hələ də davam edir”, - deyə İtaliya Nazirlər Şurası yanında mülki müdafiə departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Rəsmi məlumatlara görə, ölənlər arasında bir uşaq da var. On dörd nəfər yaralıdan beşinin vəziyyəti son dərəcə ağırdır.

***
İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri və baş nazirin müavini Matteo Salvini bildirib.

O, faciə nəticəsində çox sayda insanın xəsarət aldığını bildirsə də, onların sayını açıqlamayıb. Qeyd edilib ki, hazırda hadisə yerində xilasetmə əməliyyatları davam edir, yaralılar dağıntılar altından çıxarılaraq xəstəxanalara göndərilir.

Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb.

AzVision.az


Teqlər: İtaliya   Körpü  





Xəbər lenti