AzVision.az xəbər verir ki, məqalələrdə dünyada ən böyük daxili su hövzəsi hesab edilən
Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra
Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzaladığı bildirilib. Qəbul edilmiş Konvensiyaya əsasən 15 millik zona
Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilir və digər dövlətlərin hərbi gəmilərinin
Xəzər dənizinə buraxılmamasına dair razılıq əldə olunub. Yazılarda
Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda
Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib.
Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə
Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.
Məqalələrdə Rusiya
Prezidenti Vladimir Putinin çıxışında
Xəzəryanı dövlətləri nəqliyyat, turizm və narkotik vasitələrin qaçaqmalçılığı ilə mübarizə sahələrində qarşılıqlı əməkdaşlığa çağırışı da qeyd olunub.
AzVision.az Teqlər: Xəzər-dənizi Sammit