Pentaqonun mətbuat katibinə qarşı istintaq başladı

Pentaqonun mətbuat katibinə qarşı istintaq başladı
  15 Avqust 2018    Oxunub:1030
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) baş müfəttişi Pentaqonun mətbuat katibi Dana Uayta qarşı daxili istintaq prosesi başladıb.
AzVision.az CNN telekanalına istinadən xəbər verir ki, Uayt vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. O, öz işçilərinə xidməti vəzifəsinə aid olmayan tapşırıqlar verib. Bura həmçinin, öz şəxsi əşyalarının kimyəvi təmizləməyə verilməsi, dərmanların alınması və banklardan kreditlər götürülməsi üçün sənədlərin doldurulması və tərtibi də daxildir.

Bu cür qeyri-xidməti işlərə məcbur edilən əməkdaşlar Uaytdan şikayət etdikdən sonra, mətbuat katibi onları Pentaqonun mətbuat xidməti departamentində baş vəzifələrə keçirib.

Lakin Pentaqonda məsələni şərh etmək istəməyiblər. “Gedən yoxlamanı biz şərh edə bilmərik”, – deyə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisinin müavini Çarlz Sammers bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Pentaqon   İstintaq  





Xəbər lenti