Şərqi Asiyada rəqibləri “birləşdirən” iqtisadi birlik yaradılır

Şərqi Asiyada rəqibləri “birləşdirən” iqtisadi birlik yaradılır
  15 Avqust 2018    Oxunub:1493
Cənubi Koreyanın prezidenti Mun Çje İn Şimali Koreya ilə vahid iqtisadi zona yaratmağı və iqtisadi inteqrasiyanı gücləndirmək üçün hər iki Koreya dövləti, Rusiya, ABŞ, Çin, Monqolustan və Yaponiyanın daxil olacağı “Şimal-Şərqi Asiya Dəmiryolu Birliyi”nin yaradılmasını təklif edib.
AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, Mun Çje İn bu layihənin regionun inkişafına, Koreya yarımadasının nüvəsizləşməsinə dair öhdəliyini tam yerinə yetirərsə, Şimali Koreyanın blokadasının aradan qaldırılmasına kömək edəcəyini bildirib.

“Bu birlik şimal qitəsində bizim iqtisadi zonalarımızın genişləndirilməsi yolu ilə Şimal-Şərqi Asiyada enerji və iqtisadi blokun formalaşmasına gətirib çıxaracaq”, – deyə, Çje İn bildirib. O, əlavə edib ki, Koreya dövlətləri arasındakı avtomobil və dəmiryollarının bu ilin sonunadək birləşdirilməsi planlaşdırılır. Həmçinin, iki Koreya dövləti arasındakı sərhəd rayonlarda yeni iş yerlərinin açılmasına, orta və kiçik müəssisələrə şans verilməsinə səbəb olacaq xüsusi iqtisadi zonanın yaradılmasını da istisna etməyib.

Mun Çje İnin sözlərinə görə, son 30 il ərzində Koreya dövlətləri arasındakı iqtisadi əməkdaşlıqdan əldə olunan gəlir ümumilikdə 1,5 trilyon dollar olub. Əgər bu layihələr həyata keçirilsə, gəlirlər daha çox olacaq.

Xatırladaq ki, Pxenyan və Seul dəmiryollarını ilk dəfə 2003-cü ildə birləşdiriblər. Lakin Cənubi Koreyada hakimiyyət dəyişikliyi və Şimali Koreyanın nüvə proqramı səbəbindən həmin layihənin icrası dondurulub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   ABŞ   Çin   Rusiya   Asiya  





Xəbər lenti