"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı

"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
  15 Avqust 2018    Oxunub:1380
Avropa Moskvanın təkliflərinə, demək olar ki, mütəmadi olaraq məhəl qoymur. Lakin yaxşı olardı ki, Qərb Rusiyanı öz tərəfdaşına çevirsin. Çünki Rusiya ilə müharibə Avropa ilə yanaşı, bütün dünya üçün faciəvi olacaq.
AzVision.az “Der Tagesspiegel” qəzetinə istinadən xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin general-leytenantı, NATO-nun Polşadakı Şimal-Şərqi Korpusunun komandanı Manfred Hoffman deyib.

Alman qəzeti yazır ki, Rusiya Baltikyanı ölkələrə müdaxilə edərsə, məhz Hoffman Moskvanın bu cür aqressiyasına necə reaksiya göstərmək barədə qərar verəcək.

Lakin almaniyalı general rus qoşunlarının Narvaya (Estoniyada əhalinin sayına görə üçüncü ən böyük şəhər. Şəhərin sakinləri əsasən rusdillidir – red.) hücum edəcəklərilə bağlı siyasi təhrikçilərin dediklərinə inanmır. “Rusiya ilə müharibə Avropa ilə yanaşı, bütün dünya üçün faciəvi olacaq. Avropa Moskvanın təkliflərini çox tez-tez gözardı edir. Amma yaxşı olardı ki, Qərb Rusiyanı öz tərəfdaşına çevirsin”, – deyə Hoffman vurğulayıb.

Qeyd edək ki, iyulda Rusiya prezidenti Vladimir Putin NATO hərbi bazalarının Rusiya sərhədləri yaxınlığında yerləşdiriləcəyi təqdirdə alyansın aqressiv addımlarına müvafiq cavab verəcəklərini bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Rusiya   NATO   Avropa  





Xəbər lenti