Türkiyə ABŞ-ı məhkəməyə verəcək
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. O, bəyan edib ki, Türkiyə nəinki "F-35"ləri alır, o cümlədən də onların istehsalı proqramında iştirak edir.
Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib. Lakin ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. Vaşinqton hesab edir ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Bu cür bəyanatlara rəğmən, Pentaqon 21 iyunda 2 ədəd beşinci nəsil “F-35” tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib.
Lakin daha sonra qəbul olunan ABŞ-ın 2019-cu maliyyə ili üçün 716,3 milyard dollarlıq müdafiə büdcəsində qeyd olunub ki, Pentaqon Ankaranın "F-35" sazişində iştirakının qiymətləndirilməsinə dair hesabat təqdim etməyincə, həmçinin Türkiyənin Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə yarana biləcək riskləri hesablayanadək ABŞ Senatı Ankaraya "F-35" qırıcılarının satışına qadağa qoyur.
Leyla Elbrusqızı
AzVision.az