Putinin sinif rəhbəri: "Dərslərdən qaçırdı, dəcəl idi..."
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Quryeviç Putinə 5-ci sinifdən 8-ci sinfə qədər Leninqraddakı 193 nömrəli məktəbdə dərs deyib.
Sinif rəhbəri daha sonra Putinin universitetə daxil olmasından danışıb. Bildirib ki, Putin universitetə qəbul olmağı qarşısına məqsəd qoymuşdu.
"Bir yerə 30 nəfər namizəd var idi. Ancaq Putin fənlərdən "5" almağı bacardı. Yalnız inşa yazısından "4" aldı. Beləliklə, öz hesabına məqəsdinə çatdı".
V.Quryeviç qeyd edib ki, hazırda prezident olan Putinlə hələ də yaxşı dost münasibətindədir: "Biz bu günə qədər Vladimir Vladimiroviç ilə dostuq edirik. Bir-birimizə mənəvi baxımdan qayğı göstəririk”.
Şahanə Rəhimli
AzVision.az