Bu gün Gülər Əhmədovanın məhkəməsidir

Bu gün Gülər Əhmədovanın  məhkəməsidir
  21 Oktyabr 2013    Oxunub:993
Saat 10.30-da başlayacaq proses üzrə hazırlıq iclası keçiriləcək.
Bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işinə baxılacaq. Saat 10.30-da başlayacaq proses üzrə hazırlıq iclası keçiriləcək.

Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İlkin versiyalara görə, məhkəmənin hazırlıq iclasında sabiq deputatın vəkili Əfsər Talıbov bununla bağlı vəsatət qaldıracaq.
Məlumata görə, sabiq deputat məhkəməsinin qapalı keçirilməsini istəyir. Amma ekspertlər hesab edir ki, hüquqi baxımdan məhkəmənin qapalı keçirilməsi yolverilməzdir.

Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, CPM-in 199 və 200-cü maddələrində bu məsələlər öz həllini tapıb: “Həmin maddələrin müddəalarına görə, dövlət sirri, kommersiya, ailə və şəxsi sirlə bağlı məsələlərlə bağlı məhkəmə iclasının qapalı keçirilməsi ilə əlaqədar məhkəmənin hazırlıq iclasında qərar qəbul edilə bilər. Yetkinlik yaşına çatmayanların işləri ilə bağlı zərurət yaranarsa, CPM-in maddələrinə görə, prosesin qapalı keçirilməsi ilə bağlı qərar verilə bilər. Yaxud məhkəmənin ayrı-ayrı iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verilə bilər. Məsələn, hansısa iclasda dövlət sirrinin yayılması ilə bağlı məsələ olarsa, həmin prosesin qapalı keçirilməsi ilə bağlı qərar verilməsi mümkündür”.

AzVision.az


Teqlər:  





Xəbər lenti