Xəzərin statusuna dair Konvensiya ABŞ-ın planlarını pozdu - Ruhani

Xəzərin statusuna dair Konvensiya ABŞ-ın planlarını pozdu - Ruhani
  15 Avqust 2018    Oxunub:1696
Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ABŞ-ın və NATO-nun öz silahlı qüvvələrini regiona göndərməklə bağlı planlarının qarşısını alıb.

AzVision.az xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Xəzərin hüquqi statusuna dair Konvensiyanı şərh edərkən deyib.
“ABŞ və NATO-nun planı ondan ibarət olub ki, onların əsgərləri Xəzər dənizinin sahillərinə çıxsın, burada onların gəmiləri, helikopterləri və hərbi bazaları olsun. Lakin sonuncu sammitin gedişində İran və digər sahilyanı ölkələr üçün narahatlıq doğuran bir sıra vacib məsələlər həllini tapdı. Onların sırasında ən vacibi isə Xəzər dənizinin təhlükəsizliyi məsələsidir. Razılaşmalara əsasən, bu dənizin akvatoriyasında yerləşən hər bir gəmi Xəzəryanı beş dövlətdən birinin bayrağı altında üzməlidir”, – deyə Ruhani bildirib.

İran prezidenti vurğulayıb ki, Konvensiya Xəzərdə hərbi bazaların yaradılmasını və xarici gəmilərin iştirakını qadağan edir. Bu mənada Ruhani Xəzərin hüquqi statusuna dair Konvensiyanı regionun təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik sənəd adlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   İran   Xəzərinstatusu  





Xəbər lenti