Məktəblilərin olduğu qayıq batıb - 23 nəfər ölüb

Məktəblilərin olduğu qayıq batıb - 23 nəfər ölüb
  15 Avqust 2018    Oxunub:1165
Bu gün səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində içərisində məktəblilərin olduğu qayıq batıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verirki, qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

Məlumata görə, faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib.

Qəza zamanı katerdə 40 məktəblinin olduğu deyilir. Hələlik dəqiq məlumat açıqlanmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti