Məşhur aparıcı “Space”i tərk etdi

Məşhur aparıcı “Space”i tərk etdi
  21 Oktyabr 2013    Oxunub:4581
“Space” kanalının məşhur aparıcısı İdris Cəfərov işdən çıxıb.
Telekanaldan AzVision.az-a verilən məlumata görə, aparıcının işdən çıxmasına səbəb Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova ilə aralarında baş verən mübahisə olub.

Belə ki, oktyabr ayının 12-si İdris Cəfərov “Space” tv-də 13 illik fəaliyyətinə son qoyaraq oranı səssiz-səmirsiz tərk edib. Cəfərov bu illər ərzində bir çox verilişlərin, o cümlədən “Çardaq”, “Üç qat xəbər”, “Music box”, “Mən də varam”, “Davam ya tamam”, “Bazar” kimi məşhur verilişlərin aparıcısı, eləcə də “Space” radiosunda DJ idi. Özünün gözlənilməz gedişinin səbəbini aparıcı tezliklə video-müraciət halında təqdim edəcəyini bildirib:

“Bu həftənin Çərşənbə günü Youtube kanalında “İdris Space” adlı videoda mən son vaxtlar “Space” Tv-də baş verənləri bütün təfərrüatı ilə hər kəsə açıqlayacağam. Bu videonu mütləq izləyin. Mən “Space” Tv-ni ömürlük deyil, oraya yenidən qayıtmaq üçün tərk etmişəm!” – deyə, İ. Cəfərov qəzəbini də gizlətməyib.

Qeyd edək ki, bir müddət öncə “Space” tv-nin “Hər səhər” verilişinin uzun illərdən bəri aparıcısı olan əməkdar artist Əkbər Əlizadə elə canlı yayımdaca kanalı tərk etmişdi. Buna səbəb aktyorun Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova ilə baş verən mübahisəsi olmuşdu.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti