Ərdoğan və Merkel razılığa gəldi

Ərdoğan və Merkel razılığa gəldi
  16 Avqust 2018    Oxunub:3444
Almaniya kansleri Angela Merkel və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dövlət rəsmiləri iki tərəfli münasibətlər və başda Suriya olmaqla bölgədə baş verən prosseslərin nizamlanması məsələsini müzakirə ediblər.

Telefon danışığı zamanı hər iki ölkə liderinin sentyabr ayında Berlində görüşəcəyinə dair razılıq əldə edilib. Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün əlverişli olduğunu vurğulayıb.

Bundan əlavə, hər iki ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşməsi barədə razılığa gəlinib.

AzVision.az


Teqlər: Ərdoğan   Merkel  





Xəbər lenti