Qətərdən Türkiyəyə 15 milyard dollarlıq dəstək

Qətərdən Türkiyəyə 15 milyard dollarlıq dəstək
  16 Avqust 2018    Oxunub:2090
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşüb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3,5 saat davam edən görüşdə iki ölkə arasındakı münasibətlər və regionlar mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Kritik görüşdən sonra Qətərin Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağı bildirilib.

"Qətər Türkiyəyə 15 milyard dollarlıq investisiya qoyacaq. Türkiyə iqtisadiyyatının təməli sağlamdır və bu sınaqdan güclənərək çıxacağıq", - deyə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın söyləyib.

AzVision.az


Teqlər: Türkiyə   Qətər  





Xəbər lenti