Dünyanın ən gözəl şəhərləri - SİYAHI

Dünyanın ən gözəl şəhərləri - SİYAHI
  21 Oktyabr 2013    Oxunub:6959
"Conde Nast Traveler "jurnalı 2013-cü ilin ən yaxşı şəhərləri mehmanxanaları və istirahət mərkəzlərinin siyahısını elan edib.
Hər il olduğu kimi, jurnal tərəfindən təqdim edilən müsabiqənin builki nəticələrinə əsasən sorğuda iştirak edən 1.3 milyon insan 16 mindən çox obyekt arasından seçim edib. Dünyanın ən yaxşı şəhərləri siyahısında ilk üçlükdə Meksikanın-San Miguel de Allende, Macarıstanın Budapeşt və İtaliyanın Florensiya şəhəri qərarlaşıb. Siyahıda Keyp Taun 11-ci Paris isə 22-ci yerdədir.

Ən məşhur mehmanxanalar və istirahət mərkəzləri siyahısında ilk üçlüyə aşağıdakılar daxil edilib.

Yeni Zelandiya-Maturi körfəzi Kauri qayaları Köşkü
Cənubi Afrikada Franschhoek mehmanxanası
Siciliya- Grand Hotel Timeo

Ən yaxşı beynəlxalq hava limanları reytinq cədvəlində isə, Sinqapur hava limanı dünyanın ən yaxşı hava limanı elan edilib.

Sonrakı yerləri Emirates və Virciniya Atlantik hava limanı tutur.

AzVision.az


Teqlər:  





Xəbər lenti