Rusiyanın silahları Pentaqonu narahat edir

  16 Avqust 2018    Oxunub : 423
Rusiyanın silahları Pentaqonu narahat edir
ABŞ müdafiə nazirinin Asiya və Sakit okeanı regionunda təhlükəsizlik məsələri üzrə müavini Randall Şriver bəyan edib ki, Vaşinqtonun daha faydalı tərəfdaş olması nəzərə alınaraq, Filippin Respublikasının Rusiyadan hərbi texnika almaq planları Amerika ilə əməkdaşlığa xələl gətirə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Filippinin “Rappler” informasiya agentliyi məlumat yayıb. Manilada Filippinin rus hərbi texnikası almaq istəyini jurnalistlərə şərh edən Şriver vurğulayıb ki, rəsmi Manila bu planı üzərində yaxşı düşünməlidir.

“Əgər Filippin rus hərbi texnikasını almağa davam edəcəklərsə, düşünmürəm ki, bunun bizim əməkdaşlığımıza köməyi dəysin. Çünki zənnimcə, son nəticədə biz ruslardan daha yaxşı tərəfdaş ola bilərik”, – deyə Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, Filippinin xarici işlər naziri Alan Piter Kaetano rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Vaşinqtonun mümkün sanksiyalarına baxmayaraq, rəsmi Manilanın rus silahlarını almaqdan imtina etməyəcəyini bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Filippin   ABŞ