Paşinyan Putinə zəng etdi

  16 Avqust 2018    Oxunub : 414
Paşinyan Putinə zəng etdi
Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon əlaqəsi Ermənistan tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, söhbət zamanı Rusiya ilə Ermənistan arasındakı ikitərəfli münasibətlərin gündəliyində dayanan bir sıra aktual mövzular, o cümlədən, ümumi inteqrasiya birliklərində, xüsusən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Paşinyan   Putin   Ermənistan   Rusiya