Polşada ABŞ hərbi bazası yerləşdirilir

  16 Avqust 2018    Oxunub : 688
Polşada ABŞ hərbi bazası yerləşdirilir
Ərazisində ABŞ hərbi bazasının daimi əsasda yerləşdirilməsi üçün Polşa Vaşinqtonla danışıqlar aparır.
AzVision.az “Radio Poland”a istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bəyan edib. Bildirib ki, ölkənin təhlükəsizliyi Varşava üçün prioritet məsələdir və bu sahədə Vaşinqtonla ikitərəfli danışıqlar inkişaf mərhələsindədir. Bununla belə, nazir Polşada ABŞ hərbi bazasının konkret açılma tarixini deməkdən imtina edib.

Qeyd edək ki, bundan əvvəl Polşa hökuməti ölkə ərazisində Amerika hərbi bazasının yerləşdirilməsi üçün lazımi infrastrukturun tikilməsinə kömək etməyə və ABŞ xərclərinin yarısını ödəməyə hazır olduğunu bəyan etmişdi. Bu məqsədlə Varşava 2 milyard dollar ayıra biləcəyini açıqlayıb.

Lakin Moskvadan bildiriblər ki, Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi Rusiya tərəfindən cavab tədbirlərinin görülməsinə səbəb olacaq.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Polşa   Rusiya   ABŞ