İctimai Palata buraxılır

İctimai Palata buraxılır
  21 Oktyabr 2013    Oxunub:1361
Prezident seçkilərindən sonra müxalifətdə yarpaq tökümü davam edir.
Müxalifətin daha bir qanadı- İctimai Palata iflasa uğrayaraq yaxın günlərdə buraxılacaq. Bu fikirləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da təkzib etməyib. O AzVision.az-a açıqlamasında İctimai Palatanın fəaliyyətinin bir qurum kimi görünmədiyini bildirib.

“Milli Şurada təmsilçilik formatı daha genişdir. Bu baxımdan indiki halda prioritet Milli Şuranın fəaliyyətini gücləndirmək və bu format çərçivəsində təşkialtlanma işini həyata keçirməkdir. O baxımdan İctimai Palata müəyyən mənada paralel struktur kimi görünür və indiki halda o, aktual qurum kimi nəzərə çarpmır”.

İctimai Palatanın üzvü Pənah Hüseyn də bu qurumun fəaliyyətsizliyindən şikayət edərək buraxılmasını təklif edib.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti