"Rusiya ilə bu dildə danışmaq olmaz" - İrəvana ciddi xəbərdarlıq
Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlıq keçirməsilə bağlı bəyanatına cavab olaraq baş nazir Nikol Paşinyanın “Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də, rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə uyğunlaşmalıdırlar” - deyə səsləndirdiyi fikirləri şərh edən Koçaryan bunu ciddi səhv adlandıraraq, Rusiya ilə bu dildə danışmağın yolverilməz olduğunu vurğulayıb.
“Dünyaya Ermənistandakı yeni vəziyyətə uyğunlaşmalısan, bəyan etmək nə deməkdir? Bəs Rusiya uyğunlaşmalıdır demək nədir? Bu hökumət real təhdidləri və geosiyasi vəziyyəti təsəvvür etmir. Sadəcə bəyanatlar verir, amma təcrübədə isə biz başqa addımların atıldığını görürük. Bu cür məsələlərlə zarafat etmək olmaz. Rusiya ilə bu cür danışmaq olmaz”,– deyə Koçaryan bildirib.
Bu mənada o, hazırkı hökumətin Ermənistanın imicinə zərbə vuran və ölkəni potensial təhlükələrlə üzləşdirən davranışlarını təcrübəsizliklə əlaqələndirib. Koçaryan, həmçinin bəyan edib ki, əgər ikinci dəfə həbs olunarsa “yeni Ermənistanın ilk siyasi məhbusu” olacaq.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Ermənistan Rusiya







Vaxtında, Aydın, Lazımlı!


