ABŞ müsəlmanlara görə sanksiya tətbiq etdi

ABŞ müsəlmanlara görə sanksiya tətbiq etdi
  17 Avqust 2018    Oxunub:1757
ABŞ administrasiyası Myanmanın iki hərbi hissəsi və 4 fiziki şəxsinə qarşı sanksiyalar tətbiq edib.

AzVision.az bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, sanksiyalar “Maqnitski Aktı”na uyğun olaraq insan haqqlarının pozulmasına görə irəli sürülüb. Belə ki, bundan əvvəl Vaşinqton Myanmanın Rakhayn ştatında Rohinca müsəlmanlarının vəziyyətilə əlaqədar Myanma hökumətinə qarşı sanksiyaları istisna etməmişdi.

Qeyd edək ki, ABŞ-da 2012-ci ildə qəbul olunan “Maqnitski Aktı” insan hüquqlarını və qanunun aliliyini kobud şəkildə pozan Rusiya vətəndaşlarına qarşı şəxsi sanksiyaların tətbiqini nəzərdə tutur. Bu sanksiyalara Amerikaya girişin qadağan olunması və viza məhdudiyyətləri, həmçinin ABŞ-dakı maliyyə aktivlərinin bloklanması daxildir. Akt Rusiyada dövlət büdcəsi vəsaitlərini mənimsəyən məmurların korrupsiya sxemini ifşa edən auditor Sergey Maqnitskinin 2009-cu ildə həbsxanada ölməsilə ilə əlaqədar qəbul olunub və onun ölümündə əlinin olduğu güman edilən şəxslərə qarşı tətbiq olunub. Lakin sonradan ABŞ “Maqnitski Aktı”na qlobal status verərək, istənilən ölkədə insan haqqlarını pozan fərdlərə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Myanma   Rohinca   Rusiya  





Xəbər lenti