Azərbaycanın “Uşaq Avroviziya 2013”də iştirakı təsdiqləndi

Azərbaycanın “Uşaq Avroviziya 2013”də iştirakı təsdiqləndi
  21 Oktyabr 2013    Oxunub:1105
100-dən çox uşaq Azərbaycanı Avriviziyada təmsil etmək üçün mübarizə aparır.
AzVision.az xəbər verir ki, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Birliyi “Uşaq Erovision 2013” mahnı müsabiqəsində ölkənin iştirakını rəsmi şəkildə təsdiqlədi. Bu barədə Azərbaycanın Avroviziyadakı nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova məlumat verib.

Qeyd edək ki, Azərbaycan İctimai televiziyası oktyabr ayı ərzində seçmələr keçirib. Seçim turunda 10-15 yaş arası 100-dən artıq uşaq iştirak edib.

Ölkəni təmsil edəcək ifaçının və mahnın adı yaxın zamanlarda bəlli olacaq. Xatırladaq ki, 2012-ci ildə Azərbaycanı Ömər Sultanov və Suada Ələkbərova “Girls and boys “mahnısı ilə təmsil edib və 11-ci yeri qazanıblar.

Xatırladaq ki, oktyabrın 18-də Avropa Yayımları Birliyi Azərbaycanın bu müsabiqədə iştirakı haqda məlumat yaymışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti