Prezident nazirləri müvəqqəti təsdiqlədi
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Nazirlər Kabineti üzvlərinin səlahiyyətləri əvvəlki üzvlərinə həvalə edilib.
Sərəncamda deyilir: `Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin və bu Sərəncam imzalandığı gündən qüvvəyə minir`.
Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibi bu şəxslərdən ibarətdir:
Baş nazir Artur Rasizadə;
Baş nazirin 1-ci müavini Yaqub Eyyubov;
Baş nazirin müavini Abid Şərifov;
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov;
Baş nazirin müavini Elçin Əfəndiyev;
Daxili işlər naziri Ramil Usubov;
Müdafiə naziri Səfər Əbiyev;
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov;
Milli təhlükəsizlik naziri Eldar Mahmudov;
Müdafiə sənayesi naziri Yavər Camalov;
Ədliyyə naziri Fikrət Məmmədov;
Vergilər naziri Fazil Məmmədov;
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov;
Nəqliyyat naziri Ziya Məmmədov;
Maliyyə naziri Samir Şərifov;
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov;
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov;
İqtisadi inkişaf naziri Şahin Mustafayev;
Xarici işlər naziri Elmar Məmmədyarov;
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov;
Kənd təsərrüfatı naziri İsmət Abasov;
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov;
Təhsil naziri Mikayıl Cabbarov;
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov;
Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov;
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev;
Gənclər və idman naziri Azad Rəhimov;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov;
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev;
Səhiyyə naziri Oqtay Şirəliyev;
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov;
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova;
Sənaye və energetika naziri Natiq Əliyev;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov;
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev;
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı;
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin sədri İnam Kərimov;
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov;
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov;
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev;
Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev;
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov;
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev;
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İsgəndər Çəndirli.
AzVision.az