47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı

47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
  18 Avqust 2018    Oxunub:1428
İstanbulun Maltəpə həbsxanasında saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə virtualaz.org-a həmin türmədə olan məhbus Nərahim Nəzərov məlumat verib.

İnformasiyaya əsasən, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar əsas etibarilə onları etnik zəmində sıxışdıran erməninin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.

Vəziyyətin aydınlaşdırılması üçün Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edilib. Diplomatik missiyada müvafiq araşdırmanın aparılmasından sonra şərh verə biləcəklərini vəd ediblər.

AzVision.az


Teqlər: İstanbul   Həbsxana  





Xəbər lenti