Yanan obyektlərin sahibləri icra hakimiyyətində toplaşıb

Yanan obyektlərin sahibləri icra hakimiyyətində toplaşıb
  21 Oktyabr 2013    Oxunub:1283
“Karvan” Ticarət Mərkəzinin sahibkarları bu gün saat 11 radələrində Sumqayıt şəhər icra hakimiyyətinin binası qarşısına toplaşıblar.
Sahibkarların qarşısına çıxan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev bildirib ki, sabah saat 15:00 -da zərər çəkən sahibkarlar Karvan ticarət mərkəzində yaradılacaq qərargaha gəlsinlər və qeydiyyata düşsünlər. Ondan sonra məsələyə baxılacaq və bir cavab veriləcək.

Qeyd edək ki, oktyabrın 19-da saat 19:25-də Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti