Bu, Bakıda ilk dəfə olacaq

Bu, Bakıda ilk dəfə olacaq
  21 Oktyabr 2013    Oxunub:1061
Bakıda ilk dəfə Avropa və Amerikanın ən böyük bayramlarından biri olan “Helloween” bayramı keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bayram şousu oktyabrın 30-da Novxanı qəsəbəsi Xəzər dənizinin sahilində - Af hotel Aqua Parkda qeyd ediləcək. Bayram şənliyində tamaşaçıları DJ və müğənnilərin iştirakı ilə konsert proqramı, illüziya şousu, stand-up comedy şou, rəqslər, müxtəlif əyləncəli yarışmalar və hədiyyələr gözləyir.

“Helloween”in özəlliklərindən biri də hər kəsin maska ilə qatılmasıdır. Qiyməti 20 manat olan bileti alan qonaqlara maskalar təqdim ediləcək. Saat 18:00-da başlayacaq şou 23:00-dək davam edəcək.

Qeyd edək ki, “Helloween” hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram indiki Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanıb. Bu bayram hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrdində təntənəli şəkildə keçirilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti