Səudiyyə Suriyaya 100 milyon dollar ayırdı

Səudiyyə Suriyaya 100 milyon dollar ayırdı
  18 Avqust 2018    Oxunub:1066
Səudiyyə Ərəbistanı Suriyanın İŞİD-dən təmizlənən şimal-şərq ərazilərinin və Rakka şəhərinin bərpası, eləcə də sabitliyin təmin olunması üçün 100 milyon dollar ayırıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu ərazilər PKK terror təşkilatının Suriya qolu olan YPG-nin Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındadır.

100 milyonluq yardımın bölgədə əkin, təhsil, yol çəkilişi, dağıntıların aradan qaldırılması və içməli su verilişinin bərpası kimi sahələrdə istifadə olunacağı bildirilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə-Ərəbistanı   PKK   Suriya  





Xəbər lenti