ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf

ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
  18 Avqust 2018    Oxunub:2012
ABŞ Senatının kəşfiyyat məsələləri üzrə komitəsinin sədri Riçard Berr Amerika prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə iş birliyinə dair heç bir faktiki sübutun tapılmadığını etiraf edib.
AzVision.az “İzvestiya”ya istinadən xəbər verir ki, 19 aydır Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və Trampın Putinlə əlaqəsi üzrə istintaq apardığını deyən Berr əvvəlcə bu işin daha asan olacağını düşünüb. Lakin 2017-ci ilin yanvarından bəri bütün vaxtını yalnız bu məsələyə həsr etməsinə baxmayaraq, amerikalı senator bu müddət ərzində Trampın Putinlə gizli sövdələşməyə girməsinə dair komitənin heç bir faktiki dəlil əldə edə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini iddia edirlər. Məsələni araşdırmaq xüsusi prokuror Robert Müllerə həvalə olunub. Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı açılan cinayət işi çərçivəsində 19 nəfərə - 5 ABŞ, 13 Rusiya və bir Hollandiya vətəndaşına qarşı ittim irəli sürülüb. Həm Tramp, həm də Rusiya rəhbərliyi ittihamları və iddiaları rədd edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Seçki  





Xəbər lenti