Əks-hücuma keçdilər

Əks-hücuma keçdilər
  06 Mart 2013    Oxunub:1407
Ermənilər atəşkəs rejimini növbəti dəfə pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Sarıcalı kəndi yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti