İranda 6 nəfər edam edilib

İranda 6 nəfər edam edilib
  18 Avqust 2018    Oxunub:2020
İranın Məşhəd şəhərində mütəşəkkil dəstə quraraq qəsb və oğurluqla məşğul olan 6 nəfər bu gün səhər saatlarında edam edilib.
AzVision.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası Xorasan əyalətinin məhkəmə və təhlükəsizlik orqanlarının yaydığı bəyanata istinadən məlumat yayıb.

Xorasan Mərkəzi Prokurorluğu sədrinin siyasi təhlükəsizlik məsələləri üzrə köməkçisi Həsən Heydəri bildirib ki, 4 saylı İslam İnqilabı Məhkəməsinin çıxardığı edam hökmü İranın Yüksək Ədalət Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra cəza icra edilib. Heydəri onu da vurğulayıb ki, bu cür edamlar İranda sabitliyi və huzuru pozanlar üçün dərs olacaq.

“Edam edilənlərin heç biri ehtiyac sahibi deyil. Qruplaşmanın başçısı əvvəllər zərgərliklə məşğul olub və bu səbəbdən də, çanta ticarətilə məşğul olan zərgərləri tanıyırdı. Bu qruplaşma sonuncu dəfə Məşhədlə Tehran arasında səyahət edən bir vətəndaşdan 4 kiloqram qızıl oğurlayıb. Edamlar, başqalarının malında gözü olan, cəmiyyətin sülh və təhlükəsizliyini pozan insanlar üçün ibrət olmalıdır”, – deyə Heydəri qeyd edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Edam  





Xəbər lenti