Kofi Annan vəfat edib

Kofi Annan vəfat edib
  18 Avqust 2018    Oxunub:2295
BMT-nin keçmiş baş katibi Kofi Annan ömrünün 81-ci ilində İsveçrədə dünyasını dəyişib.
AzVision.az bildirir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı məlumat verib.

“Bu gün biz böyük insan və lideri, xülyalar memarını, BMT-nin keçmiş baş katibi Kofi Annanı itirdik”, – deyə təşkilatın "Tvitter" səhifəsində yazılıb.

Qeyd edək ki, Afrikanın Qana dövlətindən olan Kofi Annan 1997-2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsini icra edib. O, Afrikanın qaradərili əhalisi arasından BMT-yə baş katib seçilən ilk nümayəndə olub. Təşkilatın sayca 7-ci baş katibi olan Annan 2012-ci ilin 24 fevral -31 avqust tarixlərində BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi təyin edilib.

Suriyaya hərbi müdaxilənin əleyhdarlarından bolan sabiq baş katib, münaqişənin silahlı həll variantının Suriyada və regionda vəziyyəti daha da mürəkkəbləşdirəcəyini demişdi. Qanalı diplomat həmçinin, ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələrinin 2003-cü ildə İraqa hərbi müdaxiləsinə qarşı çıxaraq bu addımı pisləmiş, güc tətbiqi üçün əsas olmadığını bildirmişdi.

Kofi Annan 2001-ci ildə Nobel sülh mükafatının sahiblərindən biri olub.







Şəhanə Rəhimli
AzVision.az


Teqlər: BMT   Kofi-Annan  





Xəbər lenti