İndoneziyada polis 77 nəfəri öldürüb

  18 Avqust 2018    Oxunub : 961
İndoneziyada polis 77 nəfəri öldürüb
İndoneziyada bu gündən start götürən Asiya Oyunları öncəsi görülən təhlükəsizlik tədbirləri çərçivəsində güc strukturlarının keçirdiyi əməliyyatlarda 77 şübhəli şəxs öldürülüb.
AzVision.az bildirir ki, bu barədə BBC Beynəlxalq Əfv Təşkilatına istinadən məlumat verib.

İndoneziya polisi silahlı əməliyyatın Asiya Oyunlarının təhlükəsiz mühitdə keçməsi və yarımçıq pozulmaması, ölkədə sabitliyin təmin olunması üçün aparıldığını bəyan edib. Lakin Beynəlxalq Əfv Təşkilatı rəsmi Cakartanın bu cür yanaşmasını və hər hansı cinayətdə iştirakı məhkəmə tərəfindən təsdiq edilməmiş şübhəlilərin əməliyyat sırasında öldürülməsini kəskin qınayıb.

“Əvvəlcə öldür, sonra araşdır siyasətini dəstəkləmirik”, – deyə təşkilatın bəyanatında bildirilib.

Qeyd edək ki, İndoneziyanın polis rəisi ölənlərin əksəriyətinin polislərlə silahlı atışma başlatdığı və terrorda şübhəli bilindiklərini deyib. Əməliyyatlar çərçivəsində 221 nəfər saxlanılıb. İki həftə davam edəcək Asiya Oyunlarında 100 min polis əməkdaşı yarışların və ölkəyə gələn qonaqların təhlükəsizliyini təmin edəcək.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: İndoneziya   Polis   AsiyaOyunları