Lukaşenkodan ciddi kadr islahatı - Nazirlər dəyişdi

Lukaşenkodan ciddi kadr islahatı - Nazirlər dəyişdi
  18 Avqust 2018    Oxunub:1241
Belarus prezidenti Aleksandr Lukaşenko hökumətdə ciddi kadr islahatları apararaq, Nazirlər Kabinetinin yeni başçısı və üzvlərini təyin edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Lukaşenko müvafiq fərman imzalayaraq Sergey Ruması Belarusun yeni baş naziri təyin edib. Rumas bu postda 2014-cü ildən çalışan Andrey Kobyakovu əvəz edəcək. Bundan əvvəl Sergey Rumas Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.

Lukaşenko həmçinin, Nazirlər Kabinetində digər kadr islahatları da aparıb. Onun fərmanı ilə Pavel Utyupin sənaye naziri, Dmitri Krutoy iqtisadiyyat naziri, Dmitri Mukulyonok memarlıq və inşaat naziri, Konstantin Şulqan rabitə və informasiya naziri, Roman Qolovçenko isə Dövlət Hərbi-Sənayə Komitəsinin sədri təyin olunublar.

Xatırladaq ki, Lukaşenko avqustun 14-də bir sıra nazirlərin fəaliyyətini sərt şəkildə tənqid edərək onları hökumətin işinə və prezidentin tapşırıqlarına qeyri-sağlam, laqeyd münasibət göstərməkdə, vətəndaşların şikayətinə məhəl qoymamaqda ittiham edərək vəzifələrindən azad edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Belarus   NazirlərKabineti  





Xəbər lenti