Ərdoğan Türkiyənin düşmənlərinə səsləndi: "Sizə meydan oxuyuruq"

Ərdoğan Türkiyənin düşmənlərinə səsləndi: "Sizə meydan oxuyuruq"
  18 Avqust 2018    Oxunub:2545
Türkiyəyə düşmən olanlar iqtisadi təzyiq rıçaqları vasitəsilə bizə təsir etməyə çalışırlar, amma ölkəmiz öz kursunu dəyişməyəcək.

AzVision.az xəbər verir ki, bunu Ankarada Ədalət və İnkişaf Partiyasının VI qurultayından öncə vətəndaşlar qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Bəziləri bü gün bizə valyuta ilə, faizlə tələ qurmağa çalışırlar. Oyununuzu gördük və indi sizə meydan oxuyuruq. Ya olacağıq, ya öləcəyik! Hədəflərimizə çatmağımıza mane ola bilməyəcəksiniz. Strateji müttəfiq kimi görünüb, bizi strateji hədəf halına salmağa çalışanlara təslim olmadıq, olmayacağıq. Vətənimizə sadəcə şəxsiyyət vəsiqəmizlə deyil, qəlbimizlə, ruhumuzla, hər şeyimizlə bağlıyıq”, – deyə Ərdoğan bəyan edib.

Qeyd edək ki, Vaşinqtonun Türkiyədən alınan polad və alüminiuma tətbiq etdiyi ikiqat ticarət tariflərinə cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan idxal olunan tütün məmulatlarına qoyulan rüsumun 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artırılmasilə bağlı qərar imzalayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti