Kofi Annanın ölümünə görə matəm elan edildi

Kofi Annanın ölümünə görə matəm elan edildi
  18 Avqust 2018    Oxunub:2589
Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın vəfatı ilə bağlı bir həftəlik matəm elan edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Qana prezidenti Nana Akufo-Addo avqustun 20-dən başlayaraq dövlətin ərazisində və ölkənin diplomatik missiyalarında bayraqların bir həftə endirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, Kofi Annan avqustun 18-də 80 yaşında dünyasını dəyişib. O, 1997-ci və 2001-ci illərdə iki müddətə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti