Putindən nazirə maraqlı toy hədiyyələri

Putindən nazirə maraqlı toy hədiyyələri
  19 Avqust 2018    Oxunub:1696
Avstriyanın xarici işlər naziri Karin Knayslın toy mərasimində iştirak edən Rusiya prezidenti Vladimir Putin cütlüyə rəsm əsəri, qədim yağçəkən və Tula samovarı hədiyyə edib.
Bunu jurnalistlərə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, toy edən nazirə Rusiya tərəfinin daha bir hədiyyəsi Kuban kazak xorunun çıxışı olub.

Putin, məclisdə Avstriya kansleri Sebastyan Kurtsla qısa söhbət edib və toyda bir saata yaxın olub.

AzVision.az


Teqlər: Rusiya   Putin   Toy  





Xəbər lenti