Putinlə Merkel arasında 3 saatlıq görüş

Putinlə Merkel arasında 3 saatlıq görüş
  19 Avqust 2018    Oxunub:1068
Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, liderlərin Berlində baş tutan görüşü 3 saat çəkib.

Görüşdən əvvəl mətbuata bəyanatla çıxış edən Merkel və Putin qeyd ediblər ki, işçi nahar formatında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Həmçinin bildirilib ki, söhbət zamanı Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, “Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət müzakirə olunacaq.

AzVision.az


Teqlər: Putin   Merkel  





Xəbər lenti