Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı - VİDEO

Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı - VİDEO
  19 Avqust 2018    Oxunub:21358
“Dato Ağcabədili” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Cavid Məmmədov Ukraynada saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin məlumat yayıb.

O, "Facebook" səhifəsində qeyd edib ki, ötən gün axşam saatlarında Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü Məmmədov Cavid İltizam oğlunu saxlayıblar.

"Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində gəlişinə üç ay qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”, - deyə Abroskin yazıb.



AzVision.az



Teqlər:





Xəbər lenti