İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
  19 Avqust 2018    Oxunub:1426
İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş və çıxış zamanı möhür vurulmasını ləğv etmək niyyətindədir.
Bu tədbirlər ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır. Bildirilib ki, İran hökuməti xarici turistləri bu tədbirlərin köməkliyi ilə hər hansı bir narahatlıqdan azad etmək niyyətindədir.

Qeyd edilib ki, bu təşəbbüs artıq İranın Xarici İşlər Nazirliyi, həmçinin Sənaye, Ticarət və Mədən Nazirliyi tərəfindən bəyənilib.

AzVision.az


Teqlər: İran   Turist  





Xəbər lenti