"ABŞ İranda dövlət çevrilişi hazırlayır" - XİN rəhbəri

"ABŞ İranda dövlət çevrilişi hazırlayır" - XİN rəhbəri
  19 Avqust 2018    Oxunub:1350
ABŞ Dövlət Departamentində İranda dövlət çevrilişi hazırlığı məqsədi ilə təşəbbüs qrupu yaradıb.

TASS-ın verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik Mossadık hökumətini devirib diktatura qurdu və iranlıları növbəti 25 ildə ona tabe etdi.

"İndi Dövlət Departamentindəki təşəbbüs qrupu da təzyiq, yalan məlumat yayma və demaqoqluq yolu ilə həmin işi həyata keçirməyi planlaşdırır. Amma bu cəhd alınmayacaq", - nazir vurğulayıb.

AzVision.az


Teqlər: İran   ABŞ   Zərif  





Xəbər lenti