"ABŞ heç nəyə nail ola bilməyəcək" - Çavuşoğlu

"ABŞ heç nəyə nail ola bilməyəcək" - Çavuşoğlu
  20 Avqust 2018    Oxunub:7028
“Türkiyə ABŞ ilə münasibətlərin gərginləşməməsi və problemlərin həlli üçün diplomatiya yolunu seçdi. Problemlərin həlli ilə bağlı təkliflərimizi verdik. Amma ABŞ təhdid yolunu seçdi”.

AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
XİN rəhbəri Vaşinqtonun "F-35" qırıcıları ilə bağlı sanksiya hədələrindən söz açıb. Bildirib ki, hökumət "F-35" qırıcıları barədə 90 gün ərzində qərar verəcək, bu müddətdə isə növbəti qırıcılar Türkiyəyə göndərilməyəcək.

"F-35 layihəsində biz ABŞ-la ortağıq. Türkiyədə də istehsal edilir. “Mən istədim olmadı, Türkiyə çıxsın” kimi təktərəfli imtina ola bilməz. Bu, ortaq layihədir və davam edəcək. Problemlər bu gün var, sabah da ola bilər, lakin bunun həlli üçün mübarizə aparılmalı, birlikdə addımlar atılmalıdır”, - deyə Çavuşoğlu vurğulayıb.

Nazirin sözlərinə görə, ABŞ məsələyə bu cür yanaşmaqla heç bir nəticəyə nail ola bilməyəcək: “Gərginliyin azaldılması, həlli üçün görüşlər keçiririk, görüşdən dərhal sonra Vaşinqtondan təhdid mesajları gəlir. Bir daha bəyan edirəm ki, bu cür münasibətlə heç bir nəticə əldə edə bilməyəcəksiniz. Hər ölkənin hüququ, qanunları və məhkəməsi var. Belə görünür ki, ABŞ Türkiyə ilə mövcud olan problemləri həll etmək istəmir”.

AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Çavuşoğlu  





Xəbər lenti