Orxan Zeynalov məsələsi Milli Məclisdə
“Yəqin ki, belə bir hal olsa məndə öz fikirlərimi deyəcəm, amma öncədən nəsə demək olmaz ki, nə deyəcəm”-deyə, deputat vurğulayıb.
Millət vəkili Vahid Əhmədovun “Hər iki ölkənin parlamentarilərinin təcili olaraq qarşlıqlı səfərlərnin təşkilinə, azərbaycanlı deputatların Rusiya Dumasında, rusiyalı deputatların isə Azərbaycan Milli Məclisində çıxış etmələrinə ehtiyac var” fikirlərinə münasibət bildirən Y.Abramov belə bir addıma ehtiyac olmadığını qeyd edib:
“Deputatlar Orxan Zeynalov məsələsi ilə niyə məşğul olmalıdır? Bunun üçün bizim orada səfirliyimiz, konsulluq xidmətimiz var. Onların bu işə qarışmağa səlahiyyəti çatır. Deputatlar buradan ora niyə getməlidir? Bu düzgün addım deyil. Bizim dövlətimizi təmsil edən diplomatik korpusumuz var, deputat qanunvericiliklə məşğul olmalıdır”-deyə, Milli Məclisin üzvi əlavə edib.
Sevinc İltifatqızı