"Melaniya Trampdan boşanarsa..." - Sabiq müşavirdən ilginc iddia

"Melaniya Trampdan boşanarsa..." -  Sabiq müşavirdən ilginc iddia
  20 Avqust 2018    Oxunub:1868
ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampı vətəndaşlıqdan çıxaracağı ilə hədələyib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sabiq müşaviri Omarosa Manigault Newman ABŞ prezidenti ilə çalışdığı illərdən bəhs edən “Unhinged” adlı kitabında bildirib.

Newman qeyd edib ki, Melaniya Donald Trampın səlahiyyət müddəti bitməzdən əvvəl ondan boşanarsa, ABŞ prezidenti onu vətəndaşlıqdan xaric edəcək.

Sabiq müşavir hətta iddia edib ki, Melaniyanın EB-1 vizasını almasına Trampın özü kömək edib. Əgər birinci xanım Donald Trampdan boşanarsa, həyat yoldaşının vətəndaşlıqdan çıxarılması üçün onun viza almasında qanunsuzluğa yol verildiyini etiraf edəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti