“Taliban” 3 sərnişin avtobusunu qaçırıb

“Taliban” 3 sərnişin avtobusunu qaçırıb
  20 Avqust 2018    Oxunub:2041
“Taliban” silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətinin Xan Abad rayonunda 3 sərnişin avtobusunu qaçırıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, avtobusdakı sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib. Hazırda bölgədə şiddətli döyüşlərin getdiyi deyilir.

Qeyd edək ki, ötən gün Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban"la Qurban bayramı münasibəti ilə atəşkəs rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.

AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti